Ana səhifə

KEYFİYYƏTƏ HƏMİŞƏ TƏLƏBAT VAR

Ana səhifə | Haqqımızda

ŞİRKƏT HAQQINDA

ARTPAK şirkəti 2009-cu ildə yaradılmış və  yumşaq polimer qablaşdırma və özüyapışan etiketlərin istehsalında ixtisaslaşmışdır. Müştərilərimiz üçün sifarişlərin hazırlanmasında əsas üsul kimi flekso çapdan istifadə edilir. Bu gün flekso çap yumşaq qablaşdırma və etiketlərin hazırlanmasında ən aktiv şəkildə istifadə edilən  çap növlərindən biridir. 

ARTPAK ən yeni texnologiyaların əsasında işləyir, şirkətin poliqrafiya məhsulları layiq olduğu nüfuza və yüksək tələbata malikdir, dünya standartlarına uyğundur. Şirkət  West Azerbaijan Infrastructure 16th and 17th Azerbaijan International Food Industry Exhibition kimi hər il keçirilən sərgilərin iştirakçısıdır. Poliqrafiya xidmətləri sahəsində fəaliyyət göstərdiyi müddət ərzində özünü etibarlı tərəfdaş kimi təsdiqləmişdir.


Şirkəti fərqləndirən və onu liderlik mövqeyinə yüksəldən əsas amil – onun iş prinsipləridir.


Sifarişçinin qarşıya qoyduğu məsələlərin həllinə sistemli yanaşma

İdeyadan onun konkret nəticədə öz təcəssümünü tapmasına qədər keçilən yol

Hər bir sifarişçiyə fərdi yanaşma

Biz müştərinin istəklərinə diqqətlə yanaşır və çap istehsalının bütün detallarını onunla razılaşdırırıq. 


İstehsal edilən məhsulların keyfiyyəti və əməkdaşların peşəkarlığı.

Tam uyğunlaşdırılıb nizamlanmış iş, yüksək texnologiyalı avadanlıq, innovativ texnologiyalar, ən yaxşı çap materiallarından istifadə edilməsi hesabına ARTPAK sizin üçün istehsal olunan məhsulların keyfiyyətinə tam zəmanət verir. Məhsulun keyfiyyəti həm də dizayner, mühəndis, texnoloq, çapçı kimi mütəxəssislərin uğurlu işi və peşəkarlığından asılıdır. ARTPAK şirkətinin əməkdaşları bütün güclərini sərf edərək, bacarıq və təcrübələrini tətbiq edərək istənilən mürəkkəbliyə malik qablaşdırma və etiketin dizaynını yaradır və çap edirlər.

 

Dizaynın orijinallığı

ARTPAK şirkətinin dizaynerləri Sizin qablaşdırmanız və etiketiniz üçün bənzərsiz dizayn yaradacaq, müvafiq materialı seçəcək və peşəkarcasına işlənib hazırlanan və əmtəənin satış səviyyəsini yüksəltməyə, onun əsas istehlak üstünlüklərini aşkara çıxarmağa və istehlakçı tərəfindən populyarlıq qazanmasını təmin etməyə yardım göstərəcək cəlbedici qablaşdırma və etiket hazırlayacaqlar.

 

Sifarişçilərlə vicdanlı və qarşılıqlı faydalı tərəfdaşlıq

Biznesin idarə edilməsinin müasir modeli şirkətlər və bazar arasında əlaqələri sürətlə, dəqiq və səmərəli şəkildə qurmağa və sonradan bu əlaqəni dəstəkləməyə imkan verir.

İşin aparılmasının bu cür prinsipi bütün sifarişçilərlə ən yaxşı, etibarlı və doğru münasibətlər qurmağa imkan verir, keyfiyyətli xidmət göstərməyə təşviq edir. 


ŞİRKƏTİN DƏYƏRLƏRİ

  • Sifarişçilərlə etibarlı münasibətlər
  • İnnovativ çap texnologiyaları
  • Keyfiyyət və peşəkarlıq