Ana səhifə

KEYFİYYƏTƏ HƏMİŞƏ TƏLƏBAT VAR

Ana səhifə | Texnologiyalar

BİZ NƏ TƏKLİF EDİRİK?

ARTPAK mətbəəsinin texniki imkanları ən müxtəlif texnologiyaları tətbiq etməklə özüyapışan etiketləri və yumşaq qablaşdırmanı istehsal etməyə, eləcə də bir məhsulda bir neçə texnologiyanı birləşdirməyə imkan verir.

  • Fleksoqrafiya (flekso çap)
  • Trafaret çapı
  • İsti və soyuq folqa ilə naxış basma
  • Konqrev (qabarıq naxış basma)
  • Laminasiya
  • Yapışqan təbəqə üzərində çap
  • Naxış üzərində çap

ARTPAK maketin işlənib hazırlanmasından başlayaraq istehsal edilməsi, qablaşdırılması və çatdırılmasına qədər bütün texnoloji tsikli özündə ehtiva edən unikal kompleks xidmət təklif edir.

Bizim üstünlüyümüz - sabit keyfiyyətdir!

Buraxılan məhsulun keyfiyyətinin sabitliyi aşağıdakıların hesabına əldə edilir:

  • daxili nəzarət sisteminin olması və hazır məhsulun keyfiyyət laboratoriyasında mütləq sertifikatlaşdırılması
  • müasir və yüksək keyfiyyətli sərfiyyat materiallarından və premium seqmentinə daxil olan alətlərdən istifadə edilməsi
  • ixtisasın davamlı inkişaf etdirilməsi və təkmilləşdirilməsinə yönələn əməkdaşların yüksək peşəkarlığı, personalın şəxsi məsuliyyəti
  • müştərilərin ən son ehtiyaclarını ödəyən müasir və yüksək texnologiyalı çap maşınları və avadanlıqları

Biz açıq dialoqa hazırıq və qarşılıqlı faydalı əməkdaşlığa ümid bəsləyirik!

Öz ideyalarınızı həyata keçirmək üçün bizim texnologiyalarımızdan və peşəkar təcrübəmizdən istifadə edin!

Məhsulun çapının sifarişini rəsmiləşdirmək üçün ARTPAK mətbəəsi aşağıdakıları təklif edir:

Menecer, texnoloq, dizaynerlərin məsləhəti:

  • Öz dizayn-studiyamızda dizaynın peşəkar səviyyədə işlənib hazırlanması (yeni dizaynın işlənib hazırlanması, təsvir və orijinal-maketin dəyişdirilməsi)
  • Dizaynın işlənib hazırlanması üçün qrafik proqramlardan istifadə edilir. Dəyişikliklərin daxil edilməsi üçün maketlər Adobe Illustrator, Macromedia FreeHand, Corel DRAW, Acrobat Reader formatında qəbul edilir.
  • Bizim menecerlər optimal tirajları və ödəniş üsullarını seçməkdə Sizə kömək edəcəklər
  • Bizim texnoloqlar məhsulunuza ən uyğun materialı seçməkdə Sizə kömək edəcəklər

KEYFİYYƏTƏ NƏZARƏT

Keyfiyyətə daxili nəzarət sistemi ARTPAK şirkəti tərəfindən istehsal edilən məhsulun yüksək keyfiyyətini təsdiq edir. Hazır məhsulun keyfiyyətinə nəzarət iki mərhələdə həyata keçirilir:

Çap prosesində:
  • istifadə edilən materialların tapşırıqda göstərilənlərə uyğunluğu
  • tiraj nümunəsinin rəng və məzmuna görə etalona müvafiq olması
  • qüsurların olmaması, onların məqbulluq dərəcəsi
  • etiketin ölçülərinin tapşırıqda göstərilənlərə uyğunluğu
  • ştrix-kodun oxunması
  • rənglərin uyğunluğu
  • kəsici bıçağın uyğunluğu
  • folqa ilə naxış basmanın xarici görünüşü
  • folqanın yapışması
  • boyaların materiala yapışması
  • kənarların keyfiyyəti və ölçüsü
  • yapışma əleyhinə altlığın keyfiyyəti
  • laminasiyanın keyfiyyəti (qüsurların olmaması, yapışma gücü)
Açdıqdan sonra hər bir açılan val aşağıdakılara görə yoxlanılır:
  • bobinin xarici tərəfində etiketin tiraj üçün təsdiq edilən nümunəyə uyğunluğu
  • bobinin ölçülərinin tapşırıqda göstərilənlərə uyğunluğu
  • bobinin (vtulka) ölçü və keyfiyyətinin uyğunluğu
  • kənarların tapşırıqda göstərilənlərə uyğunluğu
  • bobinlərin markalanmasının uyğunluğu
  • qablaşdırmanın uyğunluğu
  • qablaşdırmanın keyfiyyəti
  • qablaşdırmada markalanmanın uyğunluğu

İstifadə edilən standartlar: TŞ 9570-001-81712294-2008 , sifarişçilərin fərdi tələbləri ilə tamamlanan daxili keyfiyyətə nəzarət təlimatları

İstifadə edilən xammal üçün giriş nəzarəti də həyata keçirilir.

Çapdan sonra tamamlayıcı mərhələ aşağıdakılardan ibarətdir:

  • RotoFlex, SMART, CDS, Soma, Kampf firmalarının avadanlıqlarından istifadə etməklə yenidən sarıma, kəsmə və sayma
    Məhsulun qablaşdırılması və göndərilməsi
  • Məhsul dartılan plyonka və büzməli kartondan hazırlanan qutulara qablaşdırılmış şəkildə göndərilir.

IRİHƏCİMLİ ÇAP

Müştərilərimiz üçün daha çox rahatlıq yaratmaq məqsədi ilə reklam məhsulları bölməsi yaradılmışdır. Biz qısa müddət ərzində ən münasib qiymətə sizin bildordlarınızın, vitrin plakatlarınızın, səyyar furqonlarınızın dizaynını yaradır, yüksək keyfiyyətli çapını və montajını həyata keçiririk